10:33 - 11.04.2022
11 aprel, Fineko/abc.az. Dünya Bankı Rusiya və Ukrayna barədə bədbin proqnoz verib.
ABC.AZ xəbər verir ki, Dünya Bankınən hesablamasına əsasən, Rusiyanın Ukraynaya müdaxiləsinin təsiri ilə 2022-ci ildə Ukrayna iqtisadiyyatı 45 faiz, Rusiya iqtisadiyyatıisə 11 faiz azalacaq. Azalma bununla bitmir.
Belə ki, S&P Global təşkilatı da Rusiyanın xarici valyutada kredit reytinqini CC/C-dən “Seçilmiş defolt”a endirib.
Bütün bu fonda Rusiyanın maliyyə naziri Anton Siluanov ölkəsinin çətin borclanma şərtlərinə görə 2022-ci ilin qalan hissəsi üçün istiqraz hərraclarını dayandırdığını açıqlayıb.
Müəllif: Elmir Murad
21 Avqust 2026
21 Avqust 2026