11:49 - 4.04.2022
4 aprel, Fineko/abc.az. Yüksək enerji və ərzaq qiymətlərilə Türkiyədə inflyasiya daha bir səviyyəni keçib.
ABC.AZ Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, mart ayında illik istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 61,14 faiz olub.
Aylıq artım (fevral ayı ilə müqayisədə) 5,46 faiz təşkil edib.
Baza inflyasiyası mart ayında da artmağa davam edib. Baza inflyasiya 48,39 faiz olaraq qeydə alınıb.
18 Avqust 2026