15:38 - 31.03.2022
31 mart, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrlər Qarabağda baş vermiş gərginlik barədə danışıb.
ABC.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, R.T.Ərdoğan bildirib ki, Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Türkiyə lideri əlavə edib ki, Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.
"Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin", - deyə R.T.Ərdoğan bildirib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026