14:19 - 29.03.2022
29 mart, Fineko/abc.az. Cari ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda tədiyə növləri və sahələr üzrə vergi daxilolmalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artımlar qeydə alınıb.
Bu barədə ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir
Qey olunur ki, sözügedən sahədə ƏDV üzrə 45,4 %, aksizlər üzrə 32,9 %, mənfəət vergisi üzrə 68 %, fiziki şəxslərin gəlir vergisi üzrə 12,9 %, əmlak vergisi üzrə 61,6 %, yol vergisi üzrə 32,3 %, mədən vergisi üzrə 2 dəfə, torpaq vergisi üzrə isə 2,1 dəfə artım müşahidə edilib.
18 Avqust 2026