10:21 - 28.03.2022
28 mart, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara görə martın 25-dən etibarən Rusiyanın suveren reytinqini geri götürüb.
ABC.AZ-ın məlumatına görə, reytinqin silinməsi sanksiyalarla bağlı səbəblərə görə baş verir.
Suveren kredit reytinqi bütövlükdə ölkənin kredit riskinin qiymətləndirilməsidir ki, bu da onun gələcəkdə defolt olma ehtimalını göstərir.
Ölkələr xarici borclarına xidmət etmək ehtimalından, iqtisadiyyatının sabitliyindən asılı olaraq sıralanır. Suveren reytinqlər həm də bankların və şirkətlərin reytinqlərinin hesablanmasında müəyyənedici amildir: heç bir şirkət yerləşdiyi ölkədən yüksək qiymətləndirilə bilməz.