10:43 - 18.03.2022
18 mart, Fineko/abc.az. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi MDB ölkələrini kredit risklərinə gözləniləndən daha çox məruz qoyub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə "Moody's Investors Service" ("Moody's") şirkətinin açıqlamasında deyilir.
Sözügedən risklərin əsasən pul köçürmələrinə, ticarətə, investor etimadına, enerji və təhlükəsizliyə, həmçinin maliyyə institutlarına qarşı sanksiyalar kanalları ilə dövlətlərə təsir etməsi müşahidə olunur.
"Genişmiqyaslı sanksiyaların gücləndirilməsi nəticəsində Rusiyanın yaxınmüddətli iqtisadi perspektivinin kəskin pisləşməsi regionun iqtisadi artımına, xarici həssaslıq riskinə və fiskal konsolidasiya perspektivlərinə kəskin zərbə vurur", - agentlik qeyd edir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026