11:54 - 5.03.2022
5 mart, Fineko/abc.az. Beynəlxalq kredit reytinqi agentliyi Moody's Ukraynanın kredit reytinqini "B3"dən "Caa2"yə endirib.
ABC.AZ xəbər verir ki, bu barədə agentliyin açıqlamasında qeyd olunub. Açıqlamada ölkənin kredit reytinqinin “B3”-dən “Caa2”-yə endirildiyi və daha da aşağı salınması üçün kredit reytinqinin nəzərdən keçirildiyi qeyd edilib.
Bəyanatda Rusiyanın Ukraynaya hücumunun Ukraynanın borclarını ödəmə qabiliyyətinə zərər verəcəyi, müharibənin Ukraynanın istehsal gücünə ziyan vurduğu üçün Ukraynanın iqtisadi və maliyyə gücünə ciddi təsir edəcəyi bildirilib.
21 Avqust 2026