14:19 - 21.02.2022
21 fevral, Fineko/abc.az. Xocalının işğalı ilə bağlı ermənilər tərəfindən dövlətə və vətəndaşlara ilkin hesablamalara görə, 170 milyon ABŞ dollarından artıq məbləğdə ziyan vurulması müəyyən edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu müsahibəsində Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, hazırda yerli və beynəlxalq mütəxəssislər tərəfindən dəymiş ziyan yerində hesablanır: “Bu ziyanın ödənilməsi ilə bağlı bütün sənədlər hazırlanaraq beynəlxalq məhkəmələrə göndərilib. Bundan başqa, zərərçəkmiş şəxslər Ermənistana qarşı fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciətlər ediblər”.
27 İyul 2026