Erməni sosial şəbəkələri yalan məlumat yayır - Nazirlik

12:32 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Müdafiə Nazirliyi daha bir məlumat yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda bildirilir ki, erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Fevralın 11-də saat 05:50 radələrində Azərbaycan mövqelərindən yaşayış binaları istiqamətində atəş açılıb, güllələr evlərdən birinə dəyib.