17:02 - 8.02.2022
8 fevral, Fineko/abc.az. Müasir dünyada insanların əksəriyyəti hər hansı bir şirkətdə sıravi işçi kimi çalışmaq əvəzinə, öz biznesini qurmağa, onun sahibi olmağa çalışır. Bu biznes kiçik və az gəlirli olsa belə. Bu mənada Azərbaycan vətəndaşları da istisna deyil.
Biznes qurmaq, öz işinin sahibi olmaq istəyənlərin arzuları müəyyən mənada eynidir: daha az yatırım edib, böyük mənfəətə sahib olmaq. Bu arzu olduqca təbii və həm də əlçatmaz görünə bilər. Amma ətrafında düşünməyə də dəyər.
ABC.AZ xəbər verir ki, Report kiçik biznes sahiblərindən ölkəmizdə dəbdə olan biznes sahələrinin hansılar olduğunu öyrənib.
Məlum oldu ki, az xərclə öz işini qurmağa çalışanlar arasında ticari münasibətlərə üz tutanlar üstünlük təşkil edir. Xarici dövlətlərdən ölkəmizə məhsullar gətirərək satışını icra edənlər arasında həm onlayn, həm də ənənəvi qaydada fəaliyyət göstərənlər var. Gətirilən malların çeşidi isə istehsalçı ölkələrə uyğun olaraq fərqlənir. Məsələn, qonşu Türkiyədən daha çox geyim, tekstil məhsulları alınıb satışa çıxarılır. Çin bazarından mal gətirənlər isə daha çox xırdavat, bəzək əşyaları, məişət avadanlıqlarına üstünlük verirlər. Ölkədə fəaliyyət göstərən biznes sahələri arasında müxtəlif növ iaşə obyektlərini qeyd etməyə də dəyər. Oyun klubları, kompüter salonları bu mənada yeni sahə olmasa da, hələ də aktuallığını itirməyiblər.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026