16:30 - 8.02.2022
8 fevral, Fineko/abc.az. Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanət ilə verilmiş biznes kreditlərinin məbləği 262,633 milyon manat təşkil edib.
ABC.AZ Fonda istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,6% çoxdur.
Ötən ilin sonuna Fondun kreditlərə verdiyi zəmanətin məbləği isə 155,48 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 11,7% çoxdur.