Bakıda yaşıllıqları əsasən tikinti şirkətləri məhv edir – Xidmət rəisi

10:38 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Yaşıllıqların kütləvi kəsilməsi və ya götürülməsi faktları daha çox tikinti şirkətlərinin payına düşür.

ABC.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, tikinti şirkəti "maneçilik törədən ağaclar"ın kəsilməsində maraqlıdır: “Beləliklə, həmin ərazinin yaşıllığı itir. Qanunvericiliklə boş yeri alan tikinti şirkəti 40 % ərazini yaşıllaşdırmalıdır. Əgər binanı söküb və əvəzində nəsə tikəcəksə, 25 % həddində yaşıllıq təmin edilməlidir. Lakin təəssüf ki, tikinti şirkətləri aldıqları ərazidə ağacları bəzən gecə saatlarında, yaxud da ağacları qurudaraq məhvinə səbəb olurlar”.