14:47 - 17.12.2021
17 dekabr, Fineko/abc.az. Hazırda 66 adda müasir tipli silah və hərbi texnikaların yaradılması üzərində iş aparılır.
ABC.AZ-ın məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini silahların istehsal edilmə vaxtına da aydınlıq gətirib.
O qeyd edib ki, gələn ilin birinci yarısında silah və texnikaların seriyalı istehsalına başlanılması planlaşdırılır.
Müəllif: Elmir Murad
27 İyul 2026