16:38 - 21.10.2021
21 oktyabr, Fineko/abc.az. Şuşa şəhərinin əsas enerji təchizatının ən etibarlı və müasir formada qurulması üçün işləri sürətlə davam etdirilir.
ABC.AZ report.az-a istinadla xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, hazırda “Azərişıq” ASC hər biri 5 MV olan 5 transformator yarımstansiyası tikir.
Boru içində ümumi uzunluğu 30 km olan 35 kV yeraltı kabellər çəkilir.