10:46 - 28.09.2021
28 sentyabr, Fineko/abc.az. Azərbaycan və Türkiyə "Şahdəniz-1" yatağında qaz tədarükü ilə bağlı sazişin müddətini uzadıb.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) təsdiqləyiblər.
SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov qaz tədarükü ilə bağl sazişin mövcud olduğunu bildirib: "Tədarüklə bağlı sazişin olduğunu təsdiq edirəm.
Detalları hələlik şərh etmirik". Türkiyə KİV-lərinin məlumatına əsasən, sazişin qüvvədə olma müddəti 2024-cü ildə bitir.
27 İyul 2026
25 İyul 2026