14:49 - 7.09.2021
7 sentyabr, Fineko/abc.az. “ATEF Şirkətlər Qrupu”nun dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən görsənir.
Məlumata əsasən, “ATEF Şirkətlər Qrupu”nun vergi borcu 5 601 423 manatdır.
Bu vergi borcu 06.09.2021-ci il tarixinə olan məlumatdır. Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb.
Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026