Neft ucuzlaşır, Brent bir barelə $71,35 təşkil edir

09:35 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. OPEC+-in neft hasilatının artımını saxlaması qərarından sonra cümə axşamı günü etalon markaların qiymətləri ticarətdə azalır.

OPEC+ dövlətlərinin nazirləri dünən keçirilən iclasda qərara gəldilər ki, oktyabr ayında hasilat 400 min b/s-ə qaldırılacaq.

Saat 9:17-də London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,24 (0,34%) ucuzlaşaraq bir barelə $71,35 təşkil edib. Sentyabrın1-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $0,04 (0,06%) enərək bir barelə $71,59 təşkil edib.

Saat 9:17-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,30 (0,44%) enərək bir barelə $68,29 təşkil edib. Sentyabrın 1-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $0,09 (0,13%) artaraq bri barelə $68,59 təşkil edib.