10:03 - 31.08.2021
31 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində azalır. Bazar, sentyabrın 1 - nə təyin edilən OPEC + növbəti iclasını gözləyir.
OPEC+ ölkələri iyulun sonlarında avqust ayından etibarən hasilatı 400 min b / s artırmaq qərarına gəldilər və hər ay bazarda vəziyyətin qiymətləndirilməsi üçün aylıq məsləhətləşmələr aparmaq barədə razılığa gəldilər.
Saat 9:20-də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,22 (0,30%) ucuzlaşaraq bir barelə $73,19 təşkil edib. Avqustun 30-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $0,71 (0,98%) artaraq bir barelə $73,41 təşkil edib.
Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,12 (0,17%) enərək bir barelə $69,09 təşkil edib. Avqustun 30-da baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $0,47 (0,68%) artaraq bir barelə $69,21təşkil edib.