Azərbaycanda istehlak edilən dizel yanacağı artıb - Statistika

10:35 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 350,073 mln. manat məbləğində dizel yanacağı istehlak edilib.

ABC.AZ-ın məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33,1% çoxdur.

Təkcə 2021-ci ilin II rübündə 193,116 mln. manatlıq dizel istehlakçılar tərəfindən alınıb.

Bu da illik müqayisədə 59,2% çoxdur. Qeyd edək ki, 2021-ci ilin birinci yarısında Azərbaycanda 1,231 mln. ton dizel istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.