17:27 - 18.08.2021
18 avqust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycanın neft-qaz sektoruna 3 121,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 8,9% azdır.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd edilir ki, ötən ilin müvafiq dövründə bu göstərici 3 424,8, mln. manat təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.
21 Avqust 2026
19 Avqust 2026