14:11 - 18.08.2021
18 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 19 809,5 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,1% çoxdur.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, qaz nəqlinin 49,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Belə ki, hesabat dövründə bu kəmərlə 9 775,2 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,8%-lik artım).
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026