Dəniz nəqliyyatı ilə ixrac olunan yükün dəyəri 69 mln dollar təşkil edib

10:30 - 17.08.2021


17 avqust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 382,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 341,6 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, yeddi ayda dəniz nəqliyyatı ilə ixrac olunan 146,8 min ton yükün dəyəri 69,2 milyon dollar təşkil edib.

Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 235,6 min tondan çox, dəyəri isə 272,3 milyon dollar olub.