09:17 - 12.08.2021
12 avqust, Fineko/abc.az. Ötən sessiyadan sonra yüksəlişdən sonra cümə axşamı günü etalon markaların qiymətləri zəif şəkildə artır.
Saat 9:00-da London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,03 (0,04%) bahalaşaraq barel başına $71,47 təşkil edib. Avqustun 11-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $0,81 (1,15%) artaraq bir barelə $71,44 təşkil edib.
Saat 9:00-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin sentyabr fyuçersinin qiyməti $0,01 (0,01%) artaraq $69,26 təşkil edib. Avqustun 11-də baş tutmuş hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers 0,96 (1,41%) yüksələrək bir barelə $69,25 təşkil edib.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026