AÇG yataqlar bloku üzrə xərclər 8,5% azalıb

14:59 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə xərclər 1,112 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% azdır.

O cümlədən AÇG üzrə əməliyyat xərcləri 0,75% azalaraq 266 milyon dollar, əsaslı xərclər isə 10,7% azalaraq 846 milyon dollar olub.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin I yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.