16:47 - 5.08.2021
5 avqust, Fineko/abc.az. “Azərbaycan Koka-Kola Bottlers Limited” MMC Azərbaycanda yeni sənayə sahəsi üçün ərazi kimi İsmayıllı rayonunun Topçu kəndini seçib.
ABC.AZ xəbər verir ki, bu barədə haqqin.az-a müsahibəsində rayonun icra başçısı Nahid Bağırov deyib.
Alkoqolsuz içkilərin istehsalı üzrə yeni zavodda 900 yeni iş yeri açılacaq.
Zavodun tikintisinə dair Anlaşma Memorandumu fevralın 1-i İqtisadiyyat Nazirliyi və “Azərbaycan Koka-Kola Bottlers Limited” MMC imzalamışdılar. Layihə 30 milyon dolların yatırılmasını nəzərdə tutur.
Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən Coca-Cola ölkənin iqtisadiyyatına 200 milyon dollardan çox vəsait yatırıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026