11:40 - 22.07.2021
22 iyul, Fineko/abc.az. İyulun 21-də saat 23 radələrində 2 nəfər Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb.
ABC.AZ xəbər verir ki, bu barədə Xocalı Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları - Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026