Azəriqaz rəhbəri abonentlərə özü zəng edəcək

11:54 - 13.07.2021


13 iyul, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev feysbuk üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bununla da onların problemlərinin daha operativ həllinə çalışılacaq.

Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib. Telefon danışığı zamanı Baş direktor Birliyin müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapması ilə bağlı qeydə alınan müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır.