17:20 - 12.07.2021
12 iyul, Fineko/abc.az. Zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılacaq.
ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə əsasən təmin ediləcək.
21 Avqust 2026
19 Avqust 2026