17:12 - 12.07.2021
12 iyul, Fineko/abc.az. Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq.
ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Energetika Nazirliyi “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026