“ADY Konteyner” MMC-nin qatarları Türkiyədən Çinə yola düşdü

14:34 - 29.06.2021


29 iyun, Fineko/abc.az. Türkiyənin Kösəköy stansiyasından Çinin Sian şəhərinə növbəti ixrac konteyner blok qatarı yola çıxıb.

“ADY Konteyner” MMC-dən ABC.AZ-a daxil olan məlumata görə, blok qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən konteyner qatarı Çinə sərinləşdirici içkilər daşıyır.

Konteynerlər ölkəmizin ərazisinə çatdıqdan sonra Bakı limanından Qazaxıstanın Aktau limanına göndəriləcək. Konteynerlər Xəzər dənizini operatoru “ADY Konteyner” MMC olan fider gəmisi vasitəsilə aşacaq.