16:53 - 14.06.2021
14 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycanın Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı eyni zamanda Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələləri və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026