Bakıda sərgi keçiriləcək – Uzun fasilədən sonra ilkdir

17:27 - 1.06.2021


1 iyun, Fineko/abc.az. İyunun 10-12-də Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri keçiriləcək.

ABC.AZ xəbər verir ki, hər iki tədbir koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir.

Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə əsaslanır.