11:12 - 27.05.2021
27 may, Fineko/abc.az. Amerikanın “Amazon” şirkətinin baş direktoru Ceff Bezos iyulun 5-də vəzifəsindən gedəcək.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Ondan sonra baş direktor vəzifəsini Endi Cessi icra edəcək. Hazırda Cessi “Amazon”un veb xidmətlərinə rəhbərlik edir.
Bezos iyulun 5-dən sonra şirkətin icraçı sədri olacaq və əsas diqqətini yeni layihə və təşəbbüslərə yönəldəcək.
Müəllif: Elmir Murad
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026