17:31 - 25.05.2021
25 may, Fineko/abc.az. Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib.
ABC.AZ Agentliyə istinadən xəbər verir ki, müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq edilir.
Əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir.
Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026