11:33 - 16.05.2021
16 may, Fineko/abc.az. “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
ABC.AZ-ın məlumatına görə, qanun layihəsi yaxın günlərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.
Qanun layihəsi komitədə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.