11:46 - 26.04.2021
26 aprel, Fineko/abc.az. Lənkəranın Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə saat gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN-dən ABC.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.