15:07 - 15.04.2021
15 aprel, Fineko/abc.az. Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” şəbəkəsinin əhatə dairəsi genişləndirilir.
KOBİA-dan ABC.AZ-a daxil olan məlumata görə, bu gün Salyan və Sabirabad rayonlarında da KOB dostları fəaliyyətə başlayıb.
Bununla da ölkə üzrə KOB dostlarının sayı 24 şəhər və rayon üzrə 26-ə çatdırılıb.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026