16:21 - 13.04.2021
13 aprel, Fineko/abc.az. Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Ukrayna tərəfindən həmsədr, infrastruktur naziri Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycanın biznes təmsilçiləri üçün Ukraynada geniş investisiya imkanlarının olduğu bildirilib.
Ticari-iqtisadi münasibətlərin dinamik inkişafının bundan sonra da davam edəcəyinə əminlik ifadə edilib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026