11:38 - 7.04.2021
7 aprel, Fineko/abc.az. Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.
DİN Mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, aprelin 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
27 İyul 2026
25 İyul 2026