12:22 - 6.04.2021
6 aprel, Fineko/abc.az. ABŞ-da aparılan araşdırmalardan sonra məlum olub ki, pandemiya dövrü milyarderlər üçün faydalı olub.
ABC.AZ-ın məlumatına görə, iqtisadçıların analizləri zamanı pandemiyanın geridə qalan 1 illik müddətində 2265 milyarderin sərvətlərini 4 trilyon dollar və ya 54% artırdıqlarını müəyyən ediblər.
Belə ki, 2020-ci ilin martın 18-dən bu ilin eyni dövrünə kimi milyarderlərin sərvətləri 8,04 trilyon dollardan 12,39 trilyon dollara yüksəlib.
Milyarderlərim sırasında ən çox sərvət "Amazon.com"-un sahibi Ceff Bezosdadır.
O 113 milyard dollardan 57% artımla 178 milyard dollara yüksələn sərvəti ilə dünyanın ən zənginidir. Sözügedən dövrdə sərvəti artanlar arasında Bernard Arnault və ailəsi də var.
Onların sərvətləri 114% artıraraq 162,6 milyard dollara yüksəlib.
İlon Maskın sərvəti isə artaraq 162,1 milyard dollara çatıb.
Sözügedən dövrdə Bill Gatesin sərvəti 29% artaraq 126,5 milyard dollara, Marck Zuckerbergin sərvəti isə 86% artımla 101,7 milyard dollara yüksəlib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026