14:41 - 16.03.2021
16 mart, Fineko/abc.az. Bu il Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanda mineral gübrələrin aşırılması üzrə terminalın tikintisinə başlanılacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Limanın baş direktoru Taleh Ziyadov Polşanın "Intermodal news" logistika sahəsi üzrə ixtisaslaşmış xəbər portalına açıqlamasıda bildirib.
Onun sözlərinə görə, terminalın illik ötürmə gücü 2,5 mln. ton təşkil edəcək. Bu terminal xüsusilə Mərkəzi Asiyadan gələn yüklər üçün yaradılacaq.
"Hazırda limanda 11 giriş zolağı (dəmir yolu – red.) var. Birinci mərhələdə bu, kifayətdir. Bundan əlavə, əsas vəzifəmiz vaqonları limanda yığmaq deyil, mümkün qədər tez təyinat yerinə çatdırmaqdır. Eyni zamanda, xüsusi ehtiyaclar üçün əlavə yollar tikəcəyik. Məsələn, biz yeni taxıl terminalının tikintisini planlaşdırırıq, bunun üçün də ayrı dəmiryol xətti yaradılacaq", - T. Ziyadov qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026