16:42 - 15.03.2021
15 mart, Fineko/abc.az. Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması ilə bağlı qaydalar müəyyənləşir.
ABC.AZ xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.
Təklifə əsasən, Məcəlləyə yeni 411-2- ci maddənin əlavə olunmalıdır.
Yeni maddəyə əsasən, fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
27 İyul 2026