14:45 - 15.03.2021
15 mart, Fineko/abc.az. Qeyri-neft sənayesində 12,8 faiz artım olub.
ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, 2021-ci ilin yanvar ayı üzrə qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1 milyard 28 milyon manat təşkil edib.
"Bu ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artım deməkdir. Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artıb”, - deyə nazir bildirib.
18 Avqust 2026