Fermerlərin xərci artıb? - Aqrar Subsidiya Şurasından cavab

17:17 - 12.03.2021


12 mart, Fineko/abc.az. Aqrar Subsidiya Şurası əkin subsidiyası əmsallarını artırmazdan əvvəl fermerlərin dizel yanacağının bahalaşması ilə bağlı artan xərcini öyrənib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu Şuranın son qərarını şərh edən nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

“Əmsalların artırılmasına uyğun olaraq hər birki növü üzrə 1 hektara düşən subsidiyanın məbləği 20 manatdan 40 manata çatdırılır. Əgər 2020-ci ilin dekabr ayında təsdiq edilmiş əkin əmsalı 1 idisə, yəni hər hektara 200 manat verilirdisə, yeni əmsal 1,2-dir, yəni hər hektara görə 240 manat verilir”, - deyə o, qeyd edib.