"Aqrar Tədarük və Təchizat" auditor axtarır – Şirkətə 25 min manat ödəniləcək

14:57 - 12.03.2021


12 mart, Fineko/abc.az. "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2020 və 2021-ci il üzrə illik maliyyə hesabatını və birləşdirilmiş maliyyə hesabatlarının auditi xidmətinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "UHY AUDİT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti qalibə 25 min 370 manat ödəyəcək.