Ermənistan Azərbaycanın aqrar sahəsinə bu qədər zərər vurub - Məbləğ açıqlandı

15:17 - 9.03.2021


9 mart, Fineko/abc.az. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Dövlət Komissiyası tərəfindən qiymətləndirmələrə əsasən kənd təsərrüfatına dəymiş ziyanın məbləği 1 mln 281,1 min manat müəyyənləşdirilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Belə ki, ümumlikədə 7 rayon ( Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy) üzrə 1 560 baş iri və xırdabuynuzlu mal-qara, 34  baş at, 107 arı yeşiyi, 6 701 ev quşu tələf olub, 14 107 ot bağlaması yanıb, 31 kənd təsərrüfatı texnikasına ziyan dəyib.