14:11 - 9.03.2021
9 mart, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
ABC.AZ xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.
Qeyd edək ki, əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026