14:05 - 22.02.2021
22 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bu gün brifinq keçirib.
ABC.AZ-ın məlumatına görə, o bir sıra vacib məsələlərə toxunaraq, “Zəfər yolu” adlandırılan, Bakı-Hacıqabul-Mincivan avtomobil yolundan da danışıb.
S.Məmmədov qeyd edib ki, “Zəfər yolu” adlandırılan yolun tikintisi üçün Füzulinin Əhmədbəyli kəndindən Şuşaya gedən 101 km yolun torpaq yatağı artıq hazırdır.
O qeyd edib ki, yolun 61 km-lik hissəsi minadan təmizlənməyib, yalnız 6-7 metrlik yol hissəsi minadan təmizlənib.
"Hazırda ərazidən minalar təmizləndikcə yolun tikintisi təmin edilir. Avqustun sonunadək istismara veriləcək. Alternativ olaraq, Əhmədbəyli kəndindən Horadiz istiqamətində yeni yolun tikintisinə başlanılıb. Sıfır km-11,5 km-dək yol yatağı artıq hazırdır" deyə Agentlik sədri vurğulayıb.
Müəllif: Elmir Murad