11:46 - 9.02.2021
9 fevral, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.
ABC.AZ-ın məlumatına görə, bunu keçirilən mətbuat konfransında Fondun İdarə Heyətinin sədri Kənan Nəcəfli bildirib.
O qeyd edib ki, 4 mərhələdə bazara yeni məhsullar təqdim edəcəyik.
"Hazırda Fond investisiya layihələri üçün kredit ayırır. Müşahidə edirik ki, dövriyyə vəsaiti üçün də kreditlərə ehtiyac var. 1-ci mərhələdə faktorinq və lizinq alətlərini təklif etmək istəyirik. Biz daha ucuz və güzəştli şərtlərlə faktorinq təqdim edəcəyik. Lizinq şirkətləri vasitəsilə veriləcəkdir”, - sədr deyib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026