10:45 - 3.02.2021
3 fevral, Fineko/abc.az. Dünyanın ən nəhəng şirkətlərindən olan "Amazon"un rüblük gəliri ilk dəfə 100 milyard dolları aşıb.
ABC.AZ xəbər verir ki, "Amazon"un satışları 2020-ci ilin dördüncü rübündə 125,6 milyard dollara çatıb. Bu 2019-cu ilin ilin eyni rübü ilə müqayisədə 44% artım deməkdir.
"Amazon"un cəmi satışları 2020-ci ildə 38% artımla 386,1 milyard dollar təşkil edib. Bununla yanaşı şirkətin xalis mənfəəti ötən ildə 21,3 milyard dollar təşkil edib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026